Bakıda yol qəzası baş verib

21 Avqust 2018 00:02 (UTC+04:00)

Bakıda yol qəzası baş verib. "Report"un məlumatına görə, hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində, Ramiz Qəmbərov küçəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı, 90 XU 259 nömrəli dövlət qeydiyyat nişanlı yük maşını idarəetmədən çıxaraq aşıb. Nəticədə nəqliyyat vasitəsinin yük yerində olan 3 baş xırdabuynuzlu heyvan tələf olub, 2 baş iribuynuzlu heyvan isə sağ qalıb. Faktla bağlı araşdırma aparılır.