Ankarada ABŞ səfirliyinə atəş açılması faktı ilə bağlı bir nəfər saxlanılıb

20 Avqust 2018 22:06 (UTC+04:00)

Bu gün Ankara vaxtı ilə saat 05.30-da ABŞ-ın Türkiyədəki səfirliyinə odlu silahdan atəş açılması faktı ilə bağlı bir nəfər şübhəli şəxs qismində saxlanılıb. Anadolu agentliyi xəbər verir ki, Ankara şəhərində saxlanılan şübhəli şəxs hazırda polis idarəsində dindirilir.