Topaz Premyer Liqada 3-cü turun oyun cədvəli açıqlanıb. PFL-in rəsmi saytında yer alan xəbərə görə, turun oyunları iki günü əhatə edəcək. Bütün görüşlər "CBC Sport" kanalı vasitəsi ilə canlı yayımlanacaq.
25 avqust (şənbə)
18:00. “Qəbələ” – “Sumqayıt”
Qəbələ şəhər stadionu
20:30. “Zirə” – “Sabah”
"Dalğa Arena"
26 avqust (bazar)
18:00. “Keşlə” – “Səbail”
“ASK Arena”
20:30. “Qarabağ” – “Neftçi”
“Azersun Arena”