Qəbələdə cüdo hakimləri üçün seminar keçirilib - FOTOLAR

20 Avqust 2018 15:50 (UTC+04:00)

Azərbaycan Cüdo Federasiyası (ACF) tərəfindən mütəmadi olaraq məşqçi-müəllimlər və hakimlər üçün seminarlar təşkil olunur. Növbəti belə bir tədbir Qəbələdə baş tutub.

SİA-nın məlumatına görə, ACF-nin təşkilatçılığı ilə ölkə birinciklərini idarə edən hakimlər, eləcə də “Şimal bölgəsi” regionunun məşqçi və müəllimləri üçün seminar keçirilib. Seminarda Hakimlər Komitəsinin üzvləri Tərlan Həsənov, Telman Əhmədli, beynəlxalq dərəcəli hakimlər Mətin Rəhimli, Arzu Acalova iştirak ediblər.

Seminarda gün ərzində həm nəzəri, həm də tatamidə praktiki məşğələlər keçirilib.