"iPad" partladı - üç nəfər yaralandı

20 Avqust 2018 13:12 (UTC+04:00)

ABŞ-ın "Apple" şirkətinin Hollandiyanın paytaxtı Amsterdamdakı mağazasında "iPad"lərdən biri partlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, partlayış nəticəsində üç nəfər yüngül yaralanıb. Orada olanlar nəfəs darlığı yaşayıb. Mağazadakılar bir müddətlik təxliyyə olunub.

Bildirilir ki, partlama "iPad"in batareyasındakı sızıntıdan qaynaqlanır.