"Konvensiya Xəzəryanı ölkələrin əlaqələrini daha da möhkəmləndirəcək"

20 Avqust 2018 12:33 (UTC+04:00)

"Xəzərin hüquqi statusu haqqında Konvensiyanın imzalanması mühüm tarixi hadisədir. Xəzəryanı ölkələr bu razılaşma üzərində 20 ildən çox işləyiblər". SİA xəbər verir ki, bu sözləri Rusiyanın Azərbaycandaki səfiri Mixail Boçarnikov avqustun 20-də keçirilən mətbuat konfransında deyib.

Səfir qeyd edib ki, bu Konvensiya milli maraqlara cavab verən və qarşılıqlı fayda verəcək razılaşmadır. Xəzər dənizində artıq beynəlxalq hüquqi rejim müəyyən edilib. Bu sənəd Xəzəryanı ölkələr arasında mehriban qonşuluq əlaqələrini daha da möhkəmləndirəcək.

M.Boçarnikov diqqətə çatdırıb ki, Xəzəryanı dövlətlərin başçıları tərəfindən işçi qrupu yaradılıb. İşçi qrupunun ilk yüksək səviyyəli toplantısı bu ilin sonuna qədər Azərbaycanda keçiriləcək.