Qusarda evdən oğurluq edən şəxslər saxlanılıb

20 Avqust 2018 12:06 (UTC+04:00)

Qusarda evdən oğurluq edən şəxslər saxlanılıb. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, Qusar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 11-də Yeni Həyat kəndindəki evlərin birindən 2250 manat pul oğurlamaqda şübhəli bilinən kənd sakinləri Alim Balabəyov və Marat Əlirzayev saxlanılıb.