Millimiz "Zirə"ni məğlub edib

20 Avqust 2018 11:15 (UTC+04:00)

Bakıda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması hazırlıq çərçivəsində “Zirə”nin U-19 komandası ilə qarşılaşıb. SİA-nın məlumatına görə, görüş 4:1 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. Musa Qurbanlının dubl etdiyi oyunda digər qolları Nemət Şıxəmirov və Samir Abdullayev vurub.