Hindistanda ölüm yağışı - 370 nəfər həlak oldu - FOTOLAR

20 Avqust 2018 11:14 (UTC+04:00)

Hindistanın Kerala əyalətində leysan yağışları nəticəsində su anbarı və çaylarda daşqınlar baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, 12 gündür yağan şiddətli yağışların yaratdığı sel sosial həyata vurduğu ziyanla yanaşı, 370 nəfərin ölümünə səbəb olub. 800 min nəfər isə sığınma mərkəzlərinə yerləşdirib.

Təbii fəlakət nəticəsində əyalətin bütün körpüləri, yol- nəqliyyat sistemi, infrastruktur çökdüyünə görə insanlar helikopterlər vasitəsi ilə təxliyyə edilirlər.

Musson yağışlarından qaynaqlanan sel Kerala əyalətinin 14 bölgəsindən 12-ni su altında qoyub. Yaşayış evləri ilə yanaşı, 2 min 500 hektarlıq əkinçilik ərazisi məhv olub.

Sinoptiklər sabahdan yağışların şiddətinin azalacağını bildirirlər.

Qeyd edək ki, bu il musson mövsümündə Hindistanın 7 əyalətində mindən çox insan həlak olub.