“Taliban” yaraqlıları 150-dən çox sərnişini əsir götürüb

20 Avqust 2018 10:44 (UTC+04:00)

“Taliban” hərəkatının yaraqlıları 150-dən çox sərnişin daşıyan üç avtobusu ələ keçiriblər. Xarici xəbər agentliklərinin verdiyi məlumata görə, hadisə Qunduz vilayətinin Xan Abad rayonunda baş verib. Sərnişinlərin xilas edilməsi üçün hökumət əraziyə qoşun yeridib. Qunduz vilayətinin təhlükəsizlik qüvvələrinin nümayəndəsi Safiullah Mahzanın sözlərinə görə, oğurlanmış sərnişinlər Nikpe kəndindədir.

Qeyd edək ki, avqustun 19-da Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani Qurban bayramı ilə əlaqədar atəşkəs elan edib.