"Taliban" silahlıları avtobus sərnişinlərini girov götürüblər

20 Avqust 2018 09:47 (UTC+04:00)

"Taliban" qruplaşmasının silahlıları üç avtobusun sərnişinlərini oğurlayıblar. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Əfqanıstan mətbuatında qeyd olunub.

"Taliban" silahlıları Tahardan Küveytə, Kunduz əyalətinə gedən üç avtobusu saxlayaraq sərnişinləri qaçırıblar. Onların xilas edilməsi üçün əsgərlər göndərilib, intensiv döyüş gedir", - deyə mətbuatda qeyd olunub.

Qeyd edək ki, qaçırılan şəxslərin sayı dəqiləşdirilməyib.