İndoneziyada zəlzələ qurbanlarının sayı 10-a çatıb

20 Avqust 2018 09:19 (UTC+04:00)

İndoneziyanın Lombok adasında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb. Bu barədə SİA xarici mətbuata istinadən xəbər verir. Məlumata görə, hadisə nəticəsində 24 nəfər ziyan çəkib.

Bundan öncə 5 nəfərin öldüyü deyilirdi.

Qeyd edək ki, ötən gün Lombok adasında 6.9 bal gücündə zəlzələ qeydə alınıb.

Məlumat üçün nəzərinizə çatdıraq ki, avqustun 5-də də bu ərazidə 7 bal gücündə zəlzələ baş vermişdi. Hansı ki, zəlzələdən sonra 5.4, 4.3 bal gücündə avterşoklar qeydə alınmışdı. Son məlumatlara görə, hadisə nəticəsində 436 nəfər ziyan çəkmişdi.