“Sabah” öz meydanında böyük hesabla uduzub

20 Avqust 2018 09:13 (UTC+04:00)

Topaz Premyer Liqasının ikinci turuna yekun vurulub. SİA xəbər verir ki, turun son oyununda debütant “Sabah” öz meydanında “Sumqayıt” klubunu qəbul edib. Qarşılaşma sumqayıtlıların 4:1 hesablı qələbəsi ilə başa çatıb. “Gənclik şəhəri” təmsilçisinin heyətində Cavid Tağıyev, Elvin Məmmədov, Şəhriyar Əliyev və Ülvi İsgəndərov, meydan sahiblərindən isə Marko Deviç fərqləniblər.

Qeyd edək ki, ilk turda sumqayıtlılar “Neftçi”yə 0:2 hesabı ilə məğlub olmuş, “Sabah” isə “Keşlə” üzərində gözlənilmədən minimal hesablı (1:0) qələbə qazanmışdı.

İki turdan sonra turnir cədvəlinə 6 xalla “Neftçi” klubu başçılıq edir. Aktivlərində 3 xal olan “Qəbələ”, “Qarabağ” (bir oyun az keçirib), “Sumqayıt” və “Sabah” klubları 2-5-ci pillələri bölüşürlər. Hər iki oyunda məğlub olan “Səbail” isə turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.