"Qonşu ölkələrlə əlaqələrimiz qardaşlıq və mehriban qonşuluq prinsipinə söykənir"

19 Avqust 2018 23:07 (UTC+04:00)

"İranın Azərbaycan, Türkiyə, Əfqanıstan və Pakistanla əlaqələri qardaşlıq və mehriban qonşuluq prinsipinə söykənir." Bu sözləri dövlət televiziyasında çıxışı zamanı İranın müdafiə naziri, general-mayor Əmir Hatəmi deyib.

Çıxışında aktual mövzulara toxunan nazir qonşu ölkələrlə qardaşlıq münasibətlərinin olduğunu bildirib. O qeyd edib ki, bu əlaqələr səmimiyyət üzərində qurulub.