Əfqanıstanda “Taliban”la atəşkəs elan edib

19 Avqust 2018 22:43 (UTC+04:00)

Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani Qurban bayramı ilə əlaqədar “Taliban” yaraqlılarına qarşı atəşkəs elan edib. Bu barədə Əfqanıstan Prezidenti Twitter səhifəsində yazıb.

AZƏRTAC yerli 1TV telekanalına istinadla xəbər verir ki, “Taliban” rəhbərliyini uzunmüddətli və etibarlı sülh üçün əfqanların istəklərini nəzərə almağa səsləyən Məhəmməd Əşrəf Qani atəşkəs elan etməklə yanaşı, onları İslam dəyərləri və prinsipləri əsasında sülh danışıqlarına da çağırıb.

Atəşkəs Həcc ziyarətinin sonuncu gününədək davam edəcək. Xatırladaq ki, bir neçə gün öncə “Taliban” yaraqlılarının nümayəndəsi Qurban bayramı günlərində atəşkəs elan edilməsini nəzərdən keçirdiklərini bildirmişdi.