İndoneziyada zəlzələ baş verib

19 Avqust 2018 22:16 (UTC+04:00)

İndoneziyanın Lombok adasında 6,9 bal gücündə zəlzələ baş verib. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. RİA Novosti agentliyi xəbər verir ki, yeraltı təkanlar bazar günü 14:56-da qeydə alınıb. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşir.

Xatırladaq ki, avqustun 5-də Lombok adasının şimalında 7 bal gücündə zəlzələ baş verib və təbii fəlakət nəticəsində 436 nəfər ölüb.