Hər bir sakin 476,1 manatlıq müxtəlif ödənişli xidmətlərdən istifadə edib

19 Avqust 2018 16:19 (UTC+04:00)
Bu ilin yanvar-iyul aylarında ölkə əhalisinə göstərilən ödənişli xidmətlərin dəyəri 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 2,6 faiz artaraq 4 milyard 665,5 milyon manata çatıb. Dövlət Statistika Komitəsindən SİA-ya bildiriblər ki, hüquqi şəxslər tərəfindən əhaliyə 3 milyard 429,1 milyon manatlıq xidmət göstərilib. Bu da xidmətlərin ümumi dəyərinin 73,5 faizini təşkil edib. Yeddi ayda hər bir sakin orta hesabla 476,1 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 18,5 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib