Xəstəxanada yanğın olub

19 Avqust 2018 12:20 (UTC+04:00)
Gəncədə yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, hadisə Gəncə şəhərinin Nizami rayonunda qeydə alınıb. Həmin ərazidə yerləşən birmərtəbəli xəstəxananın çardağının yanar konstruksiyaları 3 kvadrat metr sahədə yanıb. Xəstəxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.