Azərbaycan cüdoçusu bürünc medal qazanıb

19 Avqust 2018 10:37 (UTC+04:00)
Azərbaycan cüdoçusu Ayşə Qurbanlı Belarusun paytaxtı Minskdə start götürən Avropa açıq çempionatında bürünc medal qazanıb. SİA xəbər verir ki, 48 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız A.Qurbanlı səkkizdəbir finalda rusiyalı Kristina Bulqakovanı, ardınca isə britaniyalı Kelli Stadonu məğlub etsə də, yarımfinalda qazaxıstanlı olimpiya mükafatçısı Otqonseseq Qalbadraxa uduzub. Bürünc uğrunda görüşdə rəqibi digər təmsilçimiz Leyla Əliyevaya qalib gələrək üçüncü yeri tutub. Beləliklə, digər cüdoçumuz Leyla Əliyeva isə turnirdə beşinci olub. Qeyd edək ki, 40 ölkədən 390 (272 kişi, 118 qadın) cüdoçunun qüvvəsini sınadığı qitə açıq çempionatında Azərbaycan millisi 12 (4 kişi, 8 qadın) cüdoçu ilə təmsil olunur.