Biləsuvar sakini dənizdə boğulub

19 Avqust 2018 07:06 (UTC+04:00)

Biləsuvar rayon sakini dənizdə boğulub. "Report"un Muğan bürosu xəbər verir ki, dünən rayon sakini 1999 –cu il təvəllüdlü Orucov Kənan Zahid oğlu Bakıdakı çimərliklərin birində boğularaq, dünyasını dəyişib.

Məlumata görə, K. Orucov Azərbaycan Memarlıq və İnşaat Universitetinin 3-cü kurs tələbəsi olub. Mərhum gənc dünən doğulduğu Biləsuvar rayonunda dəfn edilib.