22 yaşlı qız sirkə turşusundan zəhərlənib

19 Avqust 2018 00:04 (UTC+04:00)

Sabirabad rayonunda 22 yaşlı qız sirkə turşusundan zəhərlənib. "Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə rayonun Yolçubəyli kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini 1996-cı il təvəllüdlü Xəlilova Fatimə Nəriman qızı bilmədən turşu sirkəsini içərək zəhərlənib. O dərhal Sabirabad rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.