Ərdoğan yenidən AKP-nin sədri seçilib

18 Avqust 2018 22:00 (UTC+04:00)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri seçilib. "Report" xəbər verir ki, bununla bağlı qərar partiyanın Ankarada keçirilən VI qurultayında qəbul edilib.

O, AKP sədrliyinə tək namizəd olub. Qurultayda 1380 nümayəndə iştirak edib. Onların hamısı R.T.Ərdoğana səs verib.