Muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı 541,1 manat olub

18 Avqust 2018 13:51 (UTC+04:00)

Bu ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin müvafiq dövrünə nisbətən 3,7 faiz artaraq 541,1 manat olub.

Dövlət Statistika Komitəsindən SİA-ya bildiriblər ki, əməkhaqqı neft sektorunda 3 min 160,9 manat, qeyri-neft sektorunda 481,2 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 425,4 manat, özəl müəssisələrdə isə 699,1 manat təşkil edib.

Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.