Türkiyədə 4 terrorçu zərərsizləşdirilib - 20 şübhəli həbs olunub

18 Avqust 2018 13:25 (UTC+04:00)

Türkiyənin təhlükəsizlik qüvvələri ölkənin Siirt-Pervari, Yazlıca-Herekol dağlıq ərazilərində 4 terrorçunu zərərsizləşdirib. Əməliyyatda Türkiyə Silahlı Qüvvələrinin qırıcıları da iştirak edib. SİA xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, PKK/KCK terror təşkilatlarına qarşı təşkil olunan genişmiqyaslı antiterror əməliyyatı nəticəsində 20 nəfər şübhəli qismində həbs olunub. Saxlanılan şəxslər konkret terror aktları və qətl hadisələrinə görə ittiham olunurlar.