Qəribə iddia: "Savadlı ol, ürəyin ağrımasın"

20 Avqust 2018 02:06 (UTC+04:00)

Elmli adamların ürək-damar xəstəliklərindən əziyyət çəkmək riski daha azdır. Mütəxəssislər tərəfindən aparılmış araşdırma göstərib ki, bu həm əhalisinin yoxsul, həm də zəngin yaşadığı ölkələrə aiddir. Əvvəllər sosial-iqtisadi durumla ürək-damar xəstəlikləri arasında əlaqənin olduğu bildirilirdisə, son araşdırmada bu xəstəliyin insanın savadı ilə əlaqəli olduğu üzə çıxıb. 12 mindən artıq insan arasında aparılan tədqiqat göstərib ki, ürək çatışmazlıqları daha çox sosial durumdan yox, məhz insanın savadlı olub-olmamasından asılıdır.