Ayaqları, əlləri şişənlər bu çayı mütləq için!

19 Avqust 2018 00:19 (UTC+04:00)
Əgər sizin gün ərzində ayaqlarınız, üzünüz, əlləriniz şişirsə və bu size narahat edirsə, o zaman bu çayı için. Medicina.az adi göyərtidən olan resepti təqdim edir:

Bu çay bədəndən artıq mayeni qovub çıxaracaq, təbii sidikqovucudur, ümumi müalicəvidir. Çay üçün sizə bir dəstə cəfəri lazımdır. Onun kökünü kəsmirsiz, təmiz yuyursuz. 500 ml suyu qaynadıb, 5 xörək qaşığı xırda doğranmış cəfərini bura əlavə edirsiz. Soyudub, süzün, gündə 3 dəfə için.