Qazax sakini həmyerlisinə oraqla xəsarət yetirib

18 Avqust 2018 06:05 (UTC+04:00)

Qazaxda mübahisə edən şəxslərdən biri digərinə oraqla xəsarət yetirib. "Report"un Qərb bürosunun məlumatına görə, 27 yaşlı Elmar Musa oğlu Sarıyev rayonun Xanlıqlar kəndində öz tanışı ilə yeyib-içdikdən sonra aralarında mübahisə düşüb.

Bu zaman tanışı onu oraqla vurub. Müxtəlif bədən xəsarətləri alan M.Sarıyev xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.