ABŞ Suriyanın bərpası layihəsinin maliyyələşdirilməsini dayandırıb

17 Avqust 2018 21:06 (UTC+04:00)

ABŞ Suriyanın bərpası üçün nəzərdə tutulan 200 milyon dollar həcmində olan layihənin maliyyələşdirilməsini dayandırıb. "Report" xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb. Qeyd edək ki, ABŞ Suriyanın azad edilmiş rayonlarında stabilliyin təmin edilməsi üçün maliyyə yardımı ayırırdı.