Azərbaycan Ordusu heç bir əməliyyat həyata keçirməyib

17 Avqust 2018 18:58 (UTC+04:00)

Ermənistan tərəfinin yaydığı məlumat həqiqətə uyğun deyil. Bu, düşmənin növbəti yalanı və təxribatıdır. Bunu Azərbaycan Ordusunun bölmələrinin guya əməliyyat keçirməsi barədə Ermənistan mətbuatında alan xəbərlərlə bağlı SİA-nın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Nazirlikdən bildiriblər ki, Ermənistan kütləvi informasiya vasitələrində yayılan məlumat işğalçı ordunun çökməsindən və öz cəmiyyətində hökm sürən deqradasiyadan diqqəti yayındırmaq cəhdindən başqa bir şey deyil. Azərbaycan Ordusunun bölmələri heç bir əməliyyat həyata keçirməyib. Ordumuz əməliyyat şəraitinə tam nəzarət edir.