"Mançester Siti"nin yeni transferi "Seltik"də!

18 Avqust 2018 02:21 (UTC+04:00)

"Mançester Siti" yeni transferi Deniel Arzanini icarəyə verib. Klubun saytında yer alan xəbərə görə, 19 yaşlı yarımmüdafiəçi 2020-ci ilin yayına kimi icarə əsasında "Seltik"də çıxış edəcək. Qeyd edək ki, Arzani Avstraliya millisi ilə DÇ-2018-də üç matçda iştirak edib. O, turnirin ən gənc oyunçusu olub.