Binədə qətl hadisəsi baş verib

17 Avqust 2018 14:38 (UTC+04:00)

Binədə qətl hadisəsi baş verib.

DİN-dən SİA-ya verilən məlumata görə, avqustun 16-da Xəzər rayonunun Binə qəsəbəsi ərazisində qəsəbə sakini, əvvəllər məhkum olunmuş Etibar Qəhrəmanov münaqişə zəminində həmyerlisi, əvvəllər məhkum olunmuş Orucəli Xanzadəni bıçaqla qətlə yetirib.

Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Qəhrəmanov saxlanılıb.