"Qarabağ"ın "Şerif"lə oyunlarının vaxtı açıqlanıb

17 Avqust 2018 12:56 (UTC+04:00)
"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsində "Şerif"lə (Moldova) keçiriləcək oyunlarının vaxtı açıqlanıb. SİA-nın məlumatına görə, avqustun 23-də Tiraspolda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Cavab matçı isə avqustun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Sözügedən qarşılaşma 21:00-da start götürəcək.