"Xanımlar, mənə “qaqaşım” deməyi sizə qadağan edirəm"

17 Avqust 2018 11:10 (UTC+04:00)

Müğənni Vüqar Muradov şou-biznesdəki xanım ifaçılara qadağa qoyub. SİA-nın məlumatına görə, sənətçi qadın müğənnilərin ona “qaqaşım” və ya “qardaşım” deməsinə əsəbiləşib.

Vüqar deyib ki, kim ona “qaqaşım” deyə müraciət etsə, təhqir olunacaq: “Şou-biznesdə olan xanımlar, sizə mənə “qaqaşım”, qardaşım” deməyi qadağa qoyuram. Biz ancaq sənət dostu ola bilərik. Ağır söz deyib, sındırmaq da istəmirəm çoxusunu. Amma bu qədər də olmaz. Kim sizi bacı kimi qəbul edirsə, özü bilər. Axirətdə bacım olasız”.

Vüqarın bu sözləri müzakirələrə səbəb olub. Bir çoxları sənətçinin bu ifadələrlə xanım ifaçıları təhqir etdiyini yazıb. Bəziləri isə Vüqara haqq qazandırıb.