“Sumqayıt”da baxışda olan futbolçu Polşa klubu ilə müqavilə bağlayıb

17 Avqust 2018 10:55 (UTC+04:00)

Son iki həftədə “Sumqayıt” klubunda baxışda olmuş rusiyalı futbolçu Sərdar Sərdarov Polşanın “Krakoviya” klubu ilə müqavilə bağlayıb. SİA klubun rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı hücumçu sonradan daha bir il uzada bilməsi şərti ilə bir illik sözləşməyə (1+1) imza atıb.

Qeyd edək ki, “Sumqayıt” Sərdarovla şəxsi müqaviləni razılaşdırsa da, müqavilə üzrə məxsus olduğu Rusiya “Yenisey”inin tələb etdiyi məbləği ödəyə bilməyib. Nəticədə bu transfer baş tutmayıb. Hazırda "Krakoviya"da “Qəbələ”nin sabiq futbolçuları Xavyer Ernandes və Sergey Zenyov da çıxış edir.