Meşə yanğınını söndürən vertolyot qəzaya uğradı

17 Avqust 2018 10:43 (UTC+04:00)

Avstraliyanın cənub sahillərində Yeni Cənubi Uels ştatında yanğınsöndürən vertolyot qəzaya uğrayıb. SİA-nın məlumatına görə, xəbəri ştatın təcili yardım xidməti təsdiqləyib.

Bildirilir ki, vertolyot Şoalxeyvena rayonunda baş vermiş yanğınların söndürülməsində iştirak edirmiş.

İlkin məlumata görə, vertoyotda 1 nəfər olub. Onun taleyi hələ məlum deyil.