Yevlaxda yol qəzası baş verib

17 Avqust 2018 10:33 (UTC+04:00)

Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın məlumatına görə, hadisə rayonun Səmadabad kəndində qeydə alınıb.

Hadisə nəticəsində iki nəfər - 1975-ci il təvəllüdlü Elvin Məmmədov və 1965-ci il təvəllüdlü Fərhad Sultanov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Hər ikisinin vəziyyətinin orta-ağır olduğu bildirilir.