Nigar Camal yenə paylaşımı ilə qalmaqal yaradıb FOTO

17 Avqust 2018 10:01 (UTC+04:00)

“Eurovision 2011” qalibi Nigar Camal yenə paylaşımı ilə qalmaqal yaradıb.

SİA-nın məlumatına görə, qısa geyimdə şəklini yayımlayan müğənninin oturuşu tənqid olunub.

Nigar paylaşımına “İnsanların haqqımda nə fikirləşdiyi ilə maraqlanmıram. İstədiyim kimi yaşayıram” sözlərini yazıb.

İzləyiciləri onu son günlər çox açıq-saçıq şəkillər paylaşdığı üçün qınayıblar. Nigar isə yazılan tənqidlərin heç birini silməyib və şərh bölməsini bağlamayıb.