Azərbaycan UEFA reytinqindəki mövqeyini əldən verib

17 Avqust 2018 09:09 (UTC+04:00)

Azərbaycan UEFA reytinqindəki mövqeyini əldən verib. SİA-nın məlumatına görə, bu, Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşləri yekunlaşdıqdan sonra baş verib. İsrail xallarını 18,375-ə çatdıraraq, 24-cü pilləyə qalxıb. 18,250 xala malik Azərbaycan isə 1 pillə geriləyərək, 25-ci mövqedə qərarlaşıb.

Qeyd edək ki, hazırda Azərbaycanı avrokuboklarda yalnız "Qarabağ" klubu təmsil edir. Çempionlar Liqası ilə vidalaşan Ağdam komandası Avropa Liqasının pley-off mərhələsində Moldova "Şerif"i ilə üz-üzə gələcək.