Sərnişinlərin 87,5 faizi avtomobil nəqliyyatından istifadə edir

17 Avqust 2018 09:22 (UTC+04:00)

Bu ilin yanvar-iyul aylarında nəqliyyatçılar 1100,8 milyon nəfərə və ya ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox sərnişinə xidmət göstərib. Dövlət Statistika Komitəsindən SİA-ya verilən xəbərə görə, sərnişinlərin 87,5 faizi avtomobil nəqliyyatı, 12,3 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.