Zabit Səmədov muay-tay çempionuna qalib gəlib

17 Avqust 2018 07:24 (UTC+04:00)

Azərbaycanlı K-1 döyüşçüsü, kikboksinq üzrə dəfələrlə dünya və Avropa çempionu olmuş Zabit Səmədov muay-tay üzrə fransalı çempion Bris Quidon ilə qarşılaşıb. Çeçenistanın paytaxtı Qroznıda baş tutan döyüş Zabitin qələbəsi ilə yekunlaşıb.

Döyüş Çeçenistanın ilk prezidenti Əhməd Hacı Kadırovun doğum gününə həsr olunub.