Hindistanda yeddi günlük matəm elan edilib

17 Avqust 2018 04:07 (UTC+04:00)

Hindistan hökuməti sabiq Baş nazir Atal Bixari Vadjpainin vəfatı ilə əlaqədar ölkədə yeddigünlük matəm elan edib. TASS informasiya agentliyi xəbər verir ki, matəm avqustun 16-dan 22-dək davam edəcək. Sabiq Baş nazir avqustun 16-da 93 yaşında dünyasını dəyişib. O, 1996 və 1998-2004-cü illərdə Hindistan hökumətinə rəhbərlik edib.

1998-ci ildə Vadjpai hökumətinin nüvə silahı sınaqlarının keçirilməsini sanksiyalaşdırması Hindistan-Pakistan münasibətlərinin mürəkkəbləşməsinə gətirib çıxarmışdı. “Asiaweek” həftəliyinin ekspert-politoloqlar arasında keçirdiyi sorğunun nəticələrinə görə, Vadjpai 2000-ci ildə Asiyada ən yaxşı hökumət rəhbəri adlandırılmışdı.

O, bir neçə şeirlər toplusunun və kitabının müəllifidir.