İraq qırıcıları Suriyadakı İŞİD qərargahını bombalayıb

17 Avqust 2018 02:03 (UTC+04:00)

İraq aviasiyası İŞİD terror təşkilatının Suriya ərazisində yerləşən operativ qərargahına zərbələr endirir. “Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə İraqın "Al-Sumaria" telekanalı məlumat yayıb.

"İraq təyyarələri Suriyada İŞİD-in operativ qərargahını bombardıman edir", — deyə telekanalın məlumatında bildirilir.