Sabirabadda 32 yaşlı kişi intihar edib

16 Avqust 2018 22:46 (UTC+04:00)

Sabirabad rayonunda 32 yaşlı kişi intihar edib. "Report"un Mil-Muğan bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Qaratoğay kəndində baş verib.

Belə ki, həmin kəndin sakini,1986-cı il təvəllüdlü Rəşad Əflatun oğlu Mürsəlov yaşadığı evdən 200 metr aralıda, pay torpağında özünü ağacdan asaraq intihar edib. R.Mürsəlovun hansı səbəbdən İntihar etməsi məlum deyil. Faktla bağlı araşdırma aparılır.