Luis Enrikenin köməkçiləri müəyyənləşib

16 Avqust 2018 21:21 (UTC+04:00)

Futbol üzrə İspaniya milli komandasının baş məşqçisi Luis Enrikenin köməkçiləri müəyyənləşib. İspaniya Kral Futbol Federasiyasının saytında yer alan məlumata görə, 48 yaşlı mütəxəssisə Lorenso Del Poso və Xuanxo Qonsales yardımçı olacaq. Del Poso idman terapevti, Qonsales isə texniki məşqçi vəzifəsini yerinə yetirəcək.

Qeyd edək ki, İspaniya yığmasının məşqçilər heyətinin debütü Millətlər Liqasında İngiltərəyə qarşı olacaq. Həmin qarşılaşma avqustun 8-də Londonda keçiriləcək.