"Çox sevmişəm" Ayseldən etiraf

16 Avqust 2018 17:07 (UTC+04:00)

Müğənni Aysel Əlizadə “Hər şey daxil” verilişinin qonağı olub. SİA-nın məlumatına görə, sənətçi şəxsi həyatından danışıb. O, məktəb illərində yaşadığı sevgidən bəhs edib:

“Sevgim olub. Ən çox da məktəb illərimdə sevmişəm. İndi də həmin adamın harada olduğunu bilirəm. Münasibətimiz yoxdur. O da ailəli deyil. Çox sevmişəm, məktəb ilində”.
Aysel şou-biznes nümayəndələrindən və onların geyim tərzindən söz açıb:

“Zülfiyyə Xanbabayeva, Aygün Kazımova, Röya Ayxan və Günay İbrahimlinin geyim tərzini bəyənirəm. Bunlar geyimini bilənlərdir. Hər zaman brend geyinirlər”.