Ramil Şeydayev Rusiya klubunda

16 Avqust 2018 15:52 (UTC+04:00)

"Trabzonspor"dan ayrılan Ramil Şeydayev Rusiyada çıxış edəcək. SİA-nın məlumatına görə, 22 yaşlı hücumçu Premyer Liqa təmsilçisi "Krılya Sovetov"un düşərgəsində baxışda olub və məşqçilər korpusunu razı salıb. Onunla imzalanan müqavilənin detalları bəlli deyil.

Şeydayev bu gün "Krılya Sovetov"un heyətində əvəzedici komandaya qarşı keçirdiyi oyunda (3:1) qollardan birinə imza atıb.

Avstriyanın "Matterburq" klubu Şeydayevin keçidinə yaxın olsa da, Ramil Rusiyada çıxış etməyə üstünlük verib.

Qeyd edək ki, Şeydayev "Zenit"in yetirməsidir. Millimizin üzvü "Rubin"də də icarə əsasında çıxış edib. 2016-cı ildə "Trabzonspor"a transfer olan forvard "Jilina" və "Qarabağ"da icarə əsasında oynayıb.