Poqba "Barselona"ya keçmək istəyir

16 Avqust 2018 15:12 (UTC+04:00)

"Mançester Yunayted"in futbolçusu Pol Poqba "Barselona"ya keçməkdə israrlıdır. SİA-nın məlumatına görə, "qırmızı şeytanlar"ın baş məşqçisi Joze Mourinyonun fransalı yarımmüdafiəçini komandanın kapitanı etməsinə baxmayaraq, tərəflər arasında münasibətin hələ də yaxşı olmadığı bildirilir. Buna görə də P.Poqba İspaniyada yay transfer pəncərəsi bağlanana qədər (avqustun sonu) Kataloniya təmsilçisi ilə müqavilə imzalamaq istəyir. İngiltərə klubunun isə onu satmaq fikri yoxdur.