Millət vəkili səfirlə görüşdü

16 Avqust 2018 11:51 (UTC+04:00)

15 avqust 2018-ci il tarixində Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədr müavini, Azərbaycan-Bolqarıstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Rauf Əliyev Bolqarıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nikolay Yankovla görüşüb. SİA-nın verdiyi məlumata görə, görüşdə iki ölkə arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin yüksələn xətlə inkişaf etdiyi və hal-hazırda strateji əməkdaşlıq səviyyəsində olduğu qeyd olunmuş və bu sahədə iki dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərinin əhəmiyyəti vurğulanıb.

Görüşdə iki ölkə arasında mədəniyyət, sosial, energetika, nəqliyyat və digər sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perespektivləri müzakirə olunub. Qeyd olunub ki, Cənub Qaz Dəhlizi və onun tərkib hissələri olan TANAP və TAP energetika sahəsində əməkdaşlıq üçün əlverişli şərait yaradıb.