Ali məktəbə qeydiyyat başladı

16 Avqust 2018 10:00 (UTC+04:00)

Azərbaycan Respublikası ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyatı başlanıb. Dövlət İmtahan Mərkəzindən SİA Ali təhsil müəssisələrinə qəbul olan abituriyentlər avqustun 16-dan 28-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları ali təhsil müəssisəsindən öyrənə bilərlər.

Abituriyentin bu müddətdə təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.