Təyyarə sərnişinə görə təcili eniş etdi

16 Avqust 2018 09:35 (UTC+04:00)

Moskvadan-Seula uçan təyyarə sərnişinin səhhətinə görə, Yekaterinburqun "Koltsovo" hava limanına təcili eniş edib. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə hava limanının mətbuat xidmətinin rəisi Andrey Klimenski məlumat verib.

"Moskva-Seul reysi ilə uşan təyyarə təcili olaraq "Koltsovo" hava limanına eniş edib. Enişə səbəb sərnişinlərdən birinin səhhətində yaranan problem olub. Sərnişin təcili olaraq xəstəxanaya yerləşdirilib. Daha sonra uçuş davam etdirilib".